BİZ KİMİK?
“Daha dəqiq desək” komandası olaraq bizlər, Azərbaycanla bağlı sosial dəyişikliklər, araşdırma və data jurnalistika istiqamətində fəaliyyət göstərən ictimai fəal və vətəndaş cəmiyyət nümayəndələriyik.
Məqsədimiz Azərbaycanda avtoritar idarəetmənin səbəb olduğu sosial dəyişiklikləri işıqlandırmaq, həbsdəki dostlarımızın araşdırma jurnalistika ənənəsini davam etdirmək və ictimaiyyət üçün alternativ məlumat bazası yaratmaqdır.
Öz fəaliyyətimizlə azad medianı susdurmağa çalışan avtoritar sistemin ictimai manipulyasiya cəhdlərinin qarşısını almağı, reallığı “daha dəqiq” göstərməyi hədəfləyirik.