II Qarabağ müharibəsindən sonra qazi intiharları - Regional statistika
2020-ci il "II Qarabağ müharibəsi"-dən bu günədək Azərbaycanda 50-dən çox qazi intihar edib. Qazi intiharlarının əsas səbəbləri sırasında sosial təminat problemləri və psixoloji səbəblər yer alır. Biz son 5 ildə Azərbaycan mediasında yer alan qazi intiharları ilə bağlı xəbərlərin monitorinqini apardıq və regionlar üzrə intihar hallarının statistikasını formalaşdırdıq.
Araşdırma
·
İnfoqrafikanın hazırlanmasında II Qarabağ müharibəsində iştirakı və daha sonra intihara cəhd etməsi təsdiqlənmiş şəxslərin məlumatlarından istifadə edilmişdir. Apardığımız media monitorinqi nəticəsində intihara cəhd etmiş 53 nəfər qazinin kimliyi müəyyən edilmiş və onların regionlar üzrə bölgüsü aparılmışdır.