Araşdırma / / Redaksiya

Azərbaycan ordusunda əsgər intiharları - Regional statistika

"II Qarabağ müharibəsi"-dən bu günədək Azərbaycanda 40-dan çox əsgər qeyri-döyüş şəraitində intihar edib. Əsgər intiharlarının əsas səbəbləri sırasında şəxsi heyət arasındakı qarşılıqlı münasibətlərin pozulması və psixoloji səbəblər yer alır. Biz son 5 ildə Azərbaycan mediasında yer alan əsgər intiharları ilə bağlı xəbərlərin monitorinqini apardıq və regionlar üzrə intihar hallarının statistikasını formalaşdırdıq.
Dovlat-Sarhad-Xidmati

Foto: Dovlat-Sarhad-Xidmati

İnfoqrafikanın hazırlanmasında II Qarabağ müharibəsindən (2020) sonrakı dövrdə qeyri-döyüş şəraitində intihara cəhd etməsi təsdiqlənmiş əsgərlərin məlumatlarından istifadə edilmişdir. Apardığımız media monitorinqi nəticəsində intihara cəhd etmiş 42 əsgərin kimliyi müəyyən edilmiş və onların intihar etdikləri bölgələr üzrə bölgüsü aparılmışdır.

* Bəzi əsgərlərin intihar etdiyi hərbi hissələr barədə açıq mənbələrdə məlumat olmadığı üçün intihar faktı ilə bağlı cinayət işinin açıldığı prokurorluq əsas götürülmüşdür.

* Monitorinq zamanı ehtiyatsızlıq, qəza və xəstəlik səbəbi ilə vəfat etmiş əsgərlərin statistikası nəzərə alınmamışdır.

Twitter (X)