Daha Dəqiq Desək

Tələbə haqqları yoxsa, təhsil haqqları?

2024-cü il ərzində Azərbaycanda 10.746 tələbə təhsil haqqının ödənilməməsi, dərs buraxma və ya öz xahişi ilə universitetdən xaric edilib. Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent 12" (2024) jurnalında məlumat verilib. Statistikaya nəzərə saldıqda Azərbaycanda son 5 ildə təhsil müəssisələrindən xaric olunan tələbələrin sayında kəskin artım müşahidə olunur. Bəs görəsən bu artımın səbəbi nədir?

Araşdırma ·
Tələbə haqqları yoxsa, təhsil haqqları?

Dövlət İmtahan Mərkəzinin məlumatlarında, o cümlədən mediada bu qurum tərəfindən yayılan açılamalarda son 5 il də təhsil müəssisələrindən (universitet, tam orta və orta təhsil) xaric olunan tələbələrin sayının təxminin 2,5 dəfə artdığı aydın olur. Əgər 2020-ci ildə 4352 nəfər tələbə təhsil haqqının ödənilməməsi, dərs buraxma və ya öz xahişi ilə xaric edilibsə, 2024-cü ildə bu rəqəm 10.476-ya yüksəlib.

Bu tendensiyanın səbəbini öyrənmək və artıq 5 ildir davam edən bu prosesinin növbəti illərdə hansı nəticələrə səbəb olacağını müəyyən etmək üçün qısa araşdırma aparmağa qərar verik. Daha dəqiq desək, tələbələri kütləvi sürətdə təhsil müsəssisələrindən xaric olunmasının arxasında dayana səbəbləri aşkara çıxarmağa çalışdıq.

Öncəliklə qeyd edək ki, təhsil haqqının ödənməsi, dərs buraxma və ya öz xahişi ilə xaric olunan tələbələrin heç də hamısı univeristet tələbələri deyil. 10.746 nəfər tələbədən 5.159 nəfəri bakalavr pilləsindən, 1.627 nəfəri magistratura pilləsindən xaric olunub. 2.144 tələbə tam orta ixtisas bazası, 1.816 nəfər isə ümumi orta ixtisas bazasından xaric edilib. Bariz say üstünlüyünü də nəzərə alaraq biz araşdırmamızda xüsusilə bakalavr və magistratura pillələri üzrə xaric olunan tələbələrə fokuslanacağıq.

Son 5 il ərzində Azərbaycanda ödənişli ixtisaslara qəbul olunan tələbələrin sayında artım olduğu müşahidə olur. Üstəlik bu sahə üzrə tələbə sayı dövlət sifarişli ixtisaslara qəbul olunan tələbələrin sayından da yüksəkdir. Əgər 2020-2021-ci tədris ilində bu fərq 1.133 nəfər idisə, 2024-2025-ci tədris ilində isə 2.753 nəfərə yüksəlib. Göründüyü kimi hər il ödənişli ixtisaslarda təhsil alan tələbələrin sayı davamlı olaraq artır.

Ödənişi ixtisaslara qəbul olunan tələbələrin sayındakı artımla yanaşı bu ixtisasların təhsil haqqlarında da artım müşahidə edilir. Əgər 2020-2021-ci tədris ilində tələbələrin ödəməli olduqları təhsil haqqları ilə, 2024-2025-ci tədris ilindəki qiymətlər arasında 300-500 azn-lik artım mövcuddur.

Məsələn, I ixtisas qrupu üzrə imtahan vermiş bir tələbə 1700 azn ödənişlə 2020-2021-ci tədris ilində 56 ixtisas üzrə təhsil ala bilirdi. Eyni tələbə eyni maddi vəsaitlə 2024-2025-ci tədris ilində sadəcə 9 ixtisas üzrə təhsil almaq imkanına malikdir.

Bu məqam təhsil haqqlarının artdığı şəraitdə tələbələrin artan ödənişləri qarşılamaqda çətinlik çəkdiklərini, nəticə bəzi hallarda təhsillərini yarımçıq saxlamağa məcbur olduqlarını və ya təhsil borcu səbəbilə xaric edildiklərini deməyə əsas verir.

Paylaş

Twitter Facebook

Oxşar materiallar

Buna oxşar materiallar