Xoşbəxtlik indeksi: Azərbaycanlılar nə qədər xoşbəxtdir?
Bir müddət əvvəl BMT-nin Davamlı İnkişaf Həlləri Şəbəkəsi (UN Sustainable Development Solutions Network) 2024-cü il üçün illik Xoşbəxtlik İndeksi hesabatını yayımladı. BMT tərəfindən hazırlanan Dünya Xoşbəxtlik Hesabatıdır müxtəlif ölkələrdə rifah səviyyəsini və əhalinin həyatdan məmnuniyyət dərəcəsini ölçən göstəricidir. Bu indeks əsasən aşağıdakı amillər əsasında hesablanır: adambaşına düşən ÜDM, sosial dəstək, sağlam həyat gözləntisi, həyat tərzi seçimində azadlıq, korrupsiya dərəcəsi və s.

2014-cü ildə Azərbaycan xoşbəxtlik indeksi üzrə 80-ci yerdə qərarlaşaraq region ölkələrini geridə qoyurdu. Həmin ildə Azərbaycan Cənubi Qafqazın ən xoşbəxt ölkəsi olduğu halda, qonşu ölkələr Gürcüstan 130-cu, Ermənistan isə 127-ci pillədə qərarlaşırdı. Lakin 10 il sonra bu vəziyyət böyük ölçüdə dəyişib. 2024-cü ildə Azərbaycan reytinqdə 106-cı yerə geriləyərək, 12 il əvvəlki göstəricilərə qayıdıb. Ermənistan 87-ci, Gürcüstan isə 91-ci pilləyə irəliləyib. Hazırda qonşularımız bizdən daha xoşbəxtdir.
Bu o deməkdir ki, son 12 ildə Azərbaycan cəmiyyətinin xoşbəxtlik səviyyəsi önəmli ölçüdə geriləyib. Bu gün Azərbaycan vətəndaşı özünü 2012-ci ildəki qədər xoşbəxt hesab edir. Halbuki artıq 2025-ci ildir. Əməkhaqqı və pensiyaların artımı, adambaşına düşən ÜDM-nin yüksəlişi, işğal altında olan ərazilərin azad edilməsi kimi müsbət amillərə baxmayaraq, əhali özünü xoşbəxt hesab etmir. Bu araşdırmada biz “sürətlə” inkişaf edən Azərbaycanın əhalisinin niyə xoşbəxt olmadığını təhlil edəcəyik.
Azərbaycanın Xoşbəxtlik İdeksində niyə geriləyir?
Bu suala cavab tapmaq üçün, Xoşbəxtlik Hesabatını illər üzrə müqayisəsinə baxmaqda fayda var. İllər üzrə hesabatların təhlili göstərir ki, Azərbaycanın göstəriciləri bir neçə istiqamət üzrə geriləyib. Bu istiqamətlər içərisində xüsusilə sosial dəstək, korrupsiya, azadlıq və könüllülük kimi sahələr yer alır. Xüsusilə son illərdə bu sahələr üzrə mövcud vəziyyətin pisləşməsi Azərbaycanın xoşbəxtlik indeksinin də geriləməsinə səbəb olub.
Sosial dəstək
İndeks məlumatlarına əsasən 2024-cü ildə Azərbaycan sosial dəstək indikatoru üzrə 117-ci pilləyə geriləyib. Qeyd edək ki, bu indikator sorğu nəticəsində “Çətin bir vəziyyətdə sizə kömək edə biləcək birisi varmı?” sualına verilən cavablar əsasında qiymətləndirilib. Hesabata əsasən, son 12 ildə bu indikator nəyinki dəyişməyib, hətta 2012-ci ildəki 101-ci pillə ilə müqayisədə daha da geriləyib. Bir sözlə Azərbaycan vətəndaşlarının çətin vəziyyətlərdə onlara kiminsə köməklik edəcəyinə, dəstək verəcəyinə olan ümidləri son 10 ildə daha da azalıb.
Bunun təməl səbəblərindən biri dövlət tərəfindən təmin olunan sosial müdafiə xidmətlərinin səviyyəsi ilə bağlıdır. Sosial müdafiə mexanizmləri ilə əhatə olunmayan və ya bu cür mexanizmlərə çıxışı olmayan vətəndaşların
Beynəlxalq Əmək Təşkilatı hər 4 ildən bir “Dünya Sosial Müdafiə Hesabatını” dərc edir. Təşkilat tərəfindən hazırlanan ən son hesabat (2020-2022) Azərbaycanda sosial müdafiə mexanizmləri və onların əhatə dairəsi ilə bağlı real vəziyyəti görməyə imkan verir. Hesaba nəzər saldıqda aydın olur ki, Azərbaycanda ən az bir növ sosial müdafiə mexanizmi ilə əhatə olunmuş şəxslərin sayı 39%-dir. Bu rəqəm dünya ortalaması olan 46.9%-dən və Azərbaycanla eyni gəlirli ölkələr üzrə ortalama göstərici olan 64%-dən aşağıdır.
Beynəlxalq Əmək Təşkilatının 2017-2019-cü illər üçün hazırladığı “Dünya Sosial Müdafiə Hesabatı”-na ən azı bir növ sosial müdafiə mexanizmi ilə əhatə olunmuş əhalinin faizi 40.3% təşkil edir. Hesabat dövründə Azərbaycanda yeni doğulan anaların 14%, işsizlərin 1.6%, ahıl insanların 81.1%, aztəminatlı ailələrə dəstək mexanizmləri isə 12.6 % təşkil edib.
Əlavə olaraq, İqtisadi Təhlil İnstitunun rəhbəri qeyd edir ki, vətəndaşların 40 faizi ümumiyətlə pensiya yaşına çatmadan dünyalarını tərk edir. Bu vəziyyət insanların sağlamlıq durumları ilə bağlı ciddi bir sual altına qoyur. Nəzərə alsaq ki, pensiya yaşına çatan insanlar və əlilliyi olan şəxslər çox vaxt sağlamlıqla bağlı problemlərə görə işləyə bilmirlər, aldıqları sosial müavinət onların yeganə gəlir mənbəyi olur.
Digər tərəfdən rəsmi qurumların səsləndirdiyi rəqəmlər olduqca fərqlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi son 3 il ərzində icra olunan 3 sosial islahat paketinin 4 milyona yaxın insanı əhatə etdiyi qeyd edilir. Lakin bu rəqəmlər beynəlxalq təşkilatların hesabatlarındakı göstəricilərlə üst-üstə düşmür.
Korrupsiya
Xoşbəxtlik indeksinə təsir edən digər mühüm məqam cəmiyyətin “korrupsiya haqqında ictimai qavrayış” göstəricisidir. Bu göstərici vətəndaşların mövcud idarəetmə sistemində korrupsiyanın səviyyəsi ilə bağlı düşüncələrini özündə əks etdirir. Azərbaycan bu indikator üzrə də son illərdə ciddi şəkildə geriləyib. Daha dəqiq desək, sorğuda iştirak edən şəxlər ölkədə korrupsiya səviyyəsinin son illərdə daha da gücləndiyi qənətindədir. İndeks məlumatlarında Azərbaycanın 2019-cu ilədək korrupsiya qavrayış reytinqində irəliləsə də, son 5 il ərzində ciddi şəkildə geriləyib və 45-ci pillədə qərarlaşıb. Bu göstərici 2012-ci ilin müvafiq göstəricisindən yalnız 2 vahid fərqlənir.
Azərbaycanda korrupsiyanın səviyyəsi ilə bağlı aparılan beynəlxalq hesabtlar da bu tendensiyanı təsdiq edir. “Transparency İnternational” tərəfindən hazırlanan “Korrupsiya Qavrayış İndeksi” (2024)-də Azərbaycan 180 ölkə arasında 154-cü yerdə qərarlaşıb. Təşkilat korrupsiya səviyyəsini qiymətləndirmək üçün nəzərdə tutulan 100 ballıq sistemdə Azərbaycanı 22 balla qiymətləndirib. Xaırladaq ki, indeksə əsasən 0 bal korrupsiyanın ən yüksək olduğunun, 100 bal isə ən az olduğunun göstəricisidir. Bu indikator üzrə dünya ortalaması 43 bal hesab olunur və Azərbaycan korrupsiya səviyyəsinə görə 22 ballıq göstərici ilə bu ortalamadan belə geridədir.
Digər tərəfdən korrupsiya göstəricilərinin illər üzrə müqayisəsi Azərbaycandakı vəziyyətin heç də ürəkçan olmadığını, mənfi tendensiya üzrə davam etdiyini göstərir. Son 10 ildə korrupsiya qavrayışı ilə bağlı ən yaxşı vəziyyət 2017-ci ildə müşahidə olunub (31 bal). 2024-cü ilin göstəriciləri isə 2012-ci ildəkindən (27 bal) daha da pisdir. Bu gün Azərbaycan korrupsiya səviyyəsinə görə Honduras və Livan kimi ölkələrlə eyni reytinqi bölüşür. Cənubi Qafqaz ölkələri olan Gürcüstan (53) və Ermənistan (63) isə Azərbaycandan çox irəlidədir.
“Transparency International” təşkilatı 2024-cü ilin korrupsiya hesabatı ilə bağlı Azərbaycana xüsusi şərh bildirib. Şərhdə, ölkə “diqqət fokusunda” olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycanın aşağı CPI göstəricisi siyasi elitaların ictimayyətdə öz təsirindən sui-istifadəsi ilə əlaqəlidir. Bunula belə, həmin elitalar dövlər qurumlardında istifadə edərək qalıq yanacaq ehtiyaclarını öz əllərinə alıblar, və bu sahədə bağlanılan müqavilələr effektivlik və peşakalığına görə yox, siyasi əlaqələrə görə bağlanırlar. Xüsusilə, həmin elitalar iqlim dəyişikliyinə davamlılığın artırılması və bərpa olunan enerji mənbələrinə keçid layihələri üçün nəzərdə tutulmuş resursları mənimsəməyə imkan verən qeyri-şəffaf satınalma prosesləri təşkil edir.. Bu sahədə COP-29-da baş verən korrupsiya sxemlər Transparency International tərəfindən ayrı bir şərh bildirilib.
Azadlıq
Xoşbəxtlik indeksi üzrə məlumatların təhlili zamanı Azərbaycanın müqayisə dövründə (2012-2024) azadlıq göstəricilərində də gerilədiyini görünür. Qeyd edək ki, indeks üzrə nəzərdən keçirilən azadlıq göstəriciləri fərdlərin öz həyatları ilə bağlı seçimlərində nə dərəcədə azad olduqlarını ortaya qoyur. Bu göstəricilər üzrə Azərbacanın nəticələri 2012-ci ildə 107 olduğu halda, növbəti illərdə önəmli ölçüdə yaxşılaşaraq, nəhayət 2019-cu ildə 53 bal səviyyəsinə yüksəlib. Lakin bu dövrdən etibarən azadlıq göstəriciləri ciddi ölçüdə geriləməkdədir. Ən son 2024-cü ilin nəticələrində azərbaycanlıların azadlıq göstəriciləri 67 balla qiymətləndirilib. Region ölkələri Ermənistanda bu göstərici 60, Gürcüstanda isə 48 bal təşkil edib. Bir sözlə Ermənistan və Gürcüstan vətəndaşları öz şəxsi həyatları ilə bağlı qərarlarında, o cümlədən seçimlərində azərbaycanlılarla müqayisədə daha azaddır.
Cəmiyyət daxilindəki fərdlərin azadlıq göstəriciləri ilk növbədə ölkədəki siyasi mühit, insan hüquq və azadlıqlarının təmin səviyyəsi ilə birbaşa bağlıdır. Bu baxımdan Azərbaycanın son illərdə azadlıq göstəricilərində geriləməsi də ölkədəki siyasi sistem və onun səbəb olduğu siyasi mühitlə yaxından əlaqəlidir. “Freedom House” təşkilatı tərəfindən hazırlanan və hər il müntəzəm olaraq yayımlana “Freedom in the World” (“Dünyada Azadlıq”) hesabatı Azərbaycanın azadlıq göstəricilərini müəyyən etməyə imkan verir.
Hesabata əsasən Azərbaycanın qlobal azadlıq və internet azadlığı kimi göstəricilərdə region ölkələrindən ciddi şəkildə geri qaldığı görünür. Cədvəldən görə bilərik ki, Gürcüstan və Ermənistanla hər iki indikator üzrə təxmini oxşar nəticə göstərib və hər birinin göstəricisi ən yüksək orta göstərici olan 50-dən yüksəkdir. Azərbaycan isə maksimum internet azadlığı indikatoruna görə 34 hal toplayıb, digər iki indikatorlar üzrə göstəricilər isə heç 10 bala çatmır.
“Freedom House” təşkilatın hesabatında qeyd olunan göstəriciləri digər analitik qruplar və hesabatlar da təsdiqləyir. Onlarda bir “Economist Intelligence Unit” təşkilatı tərəfindən illik olaraq hazırlanan “Democracy Index”-dir. İndeks beş indikator əsasında: seçki prosesi və plüralizm, hökümətin funksionallığı, siyasi iştirakçılıq, siyasi mədəniyyət və mülki azadlıqlar, ölkələrdəki demokratiya səviyyəsini qiymətləndirir.
İndeks məlumatlarının təhlili Azərbaycanın qeyd olunan indikatorlar üzrə regionda ən geridə olduğunu göstərir. Son 12 il ərzində Azərbaycanın dünya reytinqindəki göstəriciləri 13 pillə irəliləsə də, bu ümumi nəticəyə müsbət təsir göstərmək iqtidarında deyil və Ermənistanla (32 pillə) müqayisədə olduqca geridədir.
Azadlıqla bağlı hesabat və regional müqayisələr göstərir ki, Azərbaycan cəmiyyəti siyasi azadlıqlar və demokratiklik baxımından ciddi ölçüdə geri qalır. Bu gerilik ilk növbədə fərdlərin həyat şərtlərinə, onların seçim və öz həyatları ilə bağlı qərar vermək imkanlarını önəmli ölçüdə məhdudlaşdırır.
Könüllük, neqativ və pozitiv emosiyalar
12 illik periodda “Xoşbəxtlik indeksi” üzrə Azərbaycanın göstəricilərinin gerilədiyi digər sahələr müvafiq olaraq könüllülük, neqativ və pozitiv emosiyalarla bağlıdır. Əgər Azərbaycan cəmiyyəti könüllü fəaliyyətlərə qarşı maraq baxımından 2012-ci ildə 32-ci pillədə qərarlaşırdısa, bu göstərici 2024-cü ildə 131-ci pilləyə qədər geriləyib. Həmçinin müsbət emosiyalara sahib olma 2012-ci ildəki 119-cu yerdən 2024-də 136-cı pilləyə geriləyib, neqativ emosiyalara sahib olmada isə ölkə 82-ci pillədən 12-ci pilləyə irəliləyib.
Yuxarıda qeyd olunan səbəbləri nəzərə aldıqda fərdlərin neqativ emosiyalara qapılması, gələcək qayğıları, özləri və övladları ilə bağlı narahatlıq keçirmələri əbəttə ki, başa düşləndir. Digər tərəfdən sosial dəstəyin zəiflədiyi, azadlığın boğulduğu və korrupsiya göstəricilərinin yüksək olduğu bir şəraitdə başqalarına təmənnasız və könüllü yardımların da zəifləməsi məntiqi uyğunluq təşkil edir. Həmçinin əhalinin gəlir səviyyəsi, inflyasiya kimi amillər bir azərbaycanlı üçün təməl narahatlıqlardan biridir.