Databaza /

ƏSGƏR İNTİHARLARI

Datasetin Təsviri: Azərbaycanda əsgər intiharları (2021–2026)

1. Ümumi Məlumat

Bu dataset, Azərbaycan ordusunda əsgərlər arasında baş vermiş intihar halları və intihara cəhdlər haqqında toplanmış məlumat bazasıdır. Dataset, 2021-ci ilin yanvarından etibarən əsgərlərin hərbi xidmət müddətində qarşılaşdıqları psixoloji çətinliklərin və xidmət vəziyyətlərini tədqiq etmək üçün açıq mənbələr əsasında formalaşdırılmışdır.

Datasetdəki bütün informasiyalar ictimaiyyətə açıq olan aşağıdakı mənbələrdən toplanmışdır:

  • Azərbaycanın aparıcı xəbər agentlikləri (Oxu.az, Qafqazinfo, Modern.az və s.);
  • Rəsmi dövlət qurumlarının açıqlamaları;
  • Sosial media platformaları və hüquq müdafiəçilərinin hesabatları.